2 May 2015 01:57
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 1-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəmənin paytaxtı Sənada azı 20 dinc sakin ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 50 nəfər xəsarət alıb.

Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Sənanın şimal-şərqindəki Səvan yaşayış massivini bombalayıblar. Ərazidəki yaşayış binalarının tamamilə dağıdıldığı, ölənlərin əksəriyyətin qadın və uşaqlar olduğu bildirilir.

Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir. Aprelin 21-də Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.


Müəllif:

Oxşar xəbərlər