İspaniyada kütləvi əmək müqavilələri və poçt sahəsində yaranan fasilələrə qarşı tətilə başlanılıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, həmkarlar ittifaqından verilən açıqlamada tətilə ölkədəki poçt işçilərinin 85 faizinin qatıldığını bildirilib. Tətil mayın 15-nə kimi davam edəcək. Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə mayın 22-də yenidən tətilə başlayacaqlarını vurğulayıblar.
Yerli mediada yayılan məlumatlara görə, hazırda ölkədə 52 min nəfər poçt sektorunda çalışır, son bir ildə isə bu sahədə işləyən 15 mindən çox insan işdən çıxarılılıb.
Samir