“Vətəndaş müharibəsinə sürüklənməmək üçün diqqətli addımlar atmalıyıq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İsrail Knessetinin sədri Yuli Edelstein çıxış edib. O, Efiopiya əsilli yəhudilərin nümayişlərə davam etməsi halında ölkədə vətəndaş müharibəsinin yarana biləcəyini bildirib:
“Hazırda astanasında olduğumuz vətəndaş müharibəsinə sürüklənməmək üçün diqqətli addımlar atmalıyıq. İsrail dövləti qaçqınların cəmiyyətə adaptasiya edilməsində yaxşı nümunə olub. Gəlin bunu davam etdirək”.
Qeyd edək ki, İsraildə Efiopiya əsilli yəhudi əsgər Damas Pakadanın polis tərəfindən döyülməsindən sonra minlərlə adam paytaxt Tel-Əviv küçələrində irqçiliyə qarşı aksiya keçirib.