Yunanıstanın paytaxtı Afinada təhsil işçiləri, tələbələr və müxalifət partiyalarından olan 3 deputat parlament qarşısında etiraz aksiyası keçiriblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə aksiya iştirakçısı hakim koalisiyanın apardığı təhsil islahatlarına qarşı çıxıb. Təhsil sisteminin siyasiləşdirildiyini deyən etirazçılar hökumətdən parlamentin qəbul etdiyi islahatlardan imtina olunmasını tələb ediblər.
Etirazçılar hökumət əleyhinə şüarlar səsldirib və parlamentin binasına yumurta atıblar. Polis 15 fəalın saxlanılması ilə bağlı məlumat yayıb.
Samir