21 May 2015 09:17
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həyat yoldaşı tərəfindən aldadılmasından şübhələnən bir qadın ərinə dedektivlərə xas bir plan qurub.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, 36 yaşındakı memar S.K. ilə həyat yoldaşı A.K. arasındakı münasibətlər S.K. gecə həyatı sürdüyü üçün pozulub.

Qadın şübhələndiyi ərinin “Facebook” səhifəsindəki şifrəsini qıraraq aldadıldığını öyrənib. O, ərinin boşanma tələblərinə isə “təzminatsız boşanmaram” deyərək mənfi cavab verib. A.K. ərinin hər fürsətdə təzminatı ödəyəcək vəziyyətdə olmadığını bildirməsindən sonra planını həyata keçirməyə başlayıb. O, xaricdə yaşayan bacısından aldığı “böcək” adlı kameranı atası ilə gəzintiyə çıxan azyaşlı oğlunun paltarına yerləşdirib.


Görüntü və səs qeydinin köməyilə ərinin sevgilisi ilə görüşdüyünü sənədləşdirən dedektiv qadın xəyanət dəlillərini məhkəməyə təqdim edib. Nəticədə qadın məhkəmə vasitəsilə 30 min lirə təzminat qazanıb və boşanaraq atasının evinə köçüb.


Müəllif: