Aralıq dənizində son 2 gün ərzində 5 mindən çox imiqrant xilas olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının üzvü olan dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa Agentliyindən məlumat verilib.
Bildirilir ki, miqrantlar əsasən İngiltərə, Malta, Belçika və İtaliyaya üz tuturlar. Sığınmacıların bir çoxu, İtalyanın Lampedusa adasına aparılıb.
Bu il ərzində dənizdə Avropaya keçmək istəyən 1770 nəfərin öldüyü təxmin edilir.
Samir