2 İyun 2015 09:56
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ali Məhkəməsi baş örtüyü geydiyinə görə işə götürülməyən amerikalı qadının xeyrinə qərar çıxarıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, dini etiqadına görə başını örtən 17 yaşlı müsəlman Samantha Elauf 2008-ci ildə Oklahoma ştatında yerləşən “Abercrombie & Fitch” dizayner mağazasının iş müsahibəsində rədd cavabı aldıqdan az sonra məhkəməyə müraciət edib.

Elaufa ilə görüşən mağaza müdirinin assistenti onun iş kvalifikasiyasının çatdığını desə də, mağazanın müdiri onu hicabın geyim tələblərinə uyğun gəlmədiyinə görə işə qəbul edilməyəcəyini söyləyib.

Məhkəmənin qərarına əsasən, bizneslər insanların ehtiyaclarını nəzərdən keçirməyə borcludurlar. Bununla da mağaza Elaufa kompensasiya ödəməyə məcbur olub.

Yayılan məlumatlara görə, hazırda Elauf “Urban Outfitters” adlı başqa dizayner şəbəkəsindəki bir mağazanın müdiridir.

Samir


Müəllif:

Oxşar xəbərlər