İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı təxminən bir ildir nəzarətində saxladığı İraqın Mosul vilayətində kişilərə saqqallarını kəsməyi qadağan edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi terrorçular saqqal kəsməyin günah olduğunu, bərbərlərin günah işlətdiyini və təraş olanların cəzalanacağını bildiriblər.
İraq rəsmiləri isə bunun gizlənmək və digər insanlardan seçilməmək üçün daha bir yol olduğunu qeyd ediblər. Yayılan məlumatlara görə, terrorçular bununla yerli xalqdan fərqlənməmək üçün tətbiq ediblər.
Qeyd edək ki, bundan əvvəl İŞİD döyüşçüləri Mosulda yaşayan kişilərin hamısının qara paltar geyinməsini tələb ediblər.
Samir