3 İyun 2015 16:06
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Milli Qaz Şirkətinin direktoru: “Bu, bizim üçün ən sərfəli marşrutdur”


“İran öz qazını Avropaya nəql etmək üçün “Türk Axını”ndan istifadə edə bilər”.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani deyib.

Onun sözlərinə görə, İranın Avropaya qaz nəqli üçün hazırda bir neçə istiqamət var: “Qazımızı Avropaya daşımaq üçün “Türk Axını”nı istifadə edə bilərik. Bu mümkündür, ancaq bununla bağlı danışıqlar başlamayıb”.

Ramazani bu yollardan ən sərfəlisinin “Türk Axını” olduğunu da qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər