ABŞ-da səyahət zamanı zorlanan 31 yaşlı qadın 400 milyon dollar təzminat tələb edib.
ANS PRESS-in The Daily Mail qəzetina istinadən verdiyi məlumata görə, qadın gəmi ilə səyahət edirmiş. Lüks kayutada qalan qadın axşam saatlarında zorlanıb. Hadisə elə qadının qaldığı otaqda olub.
Qadın kayutanı təmizləməyə gələn işçi ilə mübahisə edib. “Bir dəqiqə gözlə, it oğlu it!”, - deyə qadın işçini təhqir edib. Buna dözə bilməyən gəmi işçisi qadını döyüb və zorlayıb.
Cinsi təcavüzə məruz qalan qadın məhkəməyə müraciət edib. O, keçirdiyi fiziki və psixoloji sarsıntıya görə onu zorlayan işçidən 50 milyon ABŞ dolları tələb edib. Qadının tələbi bununla bitməyib. Lüks xidmət təklif edən turist şirkətindən isə başına gələnlərə görə 365 milyon dollar kompensasiya tələb edib.
Məhkəmənin qərarı ilə turist qadını zorlayan gəmi işçisinə 30 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun çalışdığı turizm şirkəti isə baş vermiş hadisəyə görə qadından üzr istəyib.
Cinayət işi üzrə məhkəmə prosesi davam edir.