Bura gedən yollar bağlanıb, şir, pələng və meymunlar ölüb
Məlum olduğu kimi bir neçə gün əvvəl Gürcüstanın paytaxtında güclü sel baş verib. Sel şəhərdə ciddi dağıntılar yaradıb, bir neçə nəfərin həyatına son qoyub.
Teleqraf.com Tiflisdə səfərdə olan “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyinin sədri Həsən Şıxəliyeva istinadən bildirir ki, Tiflisi bas sel şəhərdəki zooparkada ciddi ziyanlar vurub. Nəticədə bir neçə heyvan ölüb, bir neçəsi isə canını qurtara bilib. Məlumata görə hazırda zoopark və onun qarşısı hələdə selin yaratdığı acınacaqlı durumdadır, bura gedən yollar bağlıdır. Bundan başqa, zooparkda saxlanılan heyvanlardan şir, pələng və meymunlar ölüb. Digər heyvanlardan da ölən var. Şir, zürafə, ilanlar və begemot isə sağdır. Pələng və bəbir isə canını seldən qurtararaq şəhərə daxil olub. Bu heyvanların hazırda şəhərdə olduğu, hələ də zərərsizləşdirilmədiyi və indiyə qədər iki nəfəri parçaladığı bildirilir.
Nemət