22 İyun 2015 01:37
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Kiyevin atmalı olduğu addımlar barədə danışıb.

ANS PRESS-in məlumatına görə, hazırda Avropanın ən kasıb ölkəsinin Ukrayna olduğunu deyən Saakaşvili hakimiyyətdən radikal addımlar atmağı tələb edib:

"Korrupsiya ilə total şəkildə mübarizə aparılmalıdır. Bölgələrin infrastrukturu inkişaf etdirilməlidir. Bundan sonra iş adamları Ukraynanı investisiyaları etibarlı ölkə sayacaqlar".

Saakaşvili bildirib ki, nəhəng təbii ehtiyyatlara sahib olmaqla yanaşı Ukraynanın güclü sənayesi və savadlı işçi qüvvəsi var: "Bunları hərəkətə gətirmək üçün korrupsiyaya müharibə elan olunmalıdır".


Müəllif: