23 İyun 2015 09:53
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənubunda yerləşən Yulin şəhərində ənənəvi it əti festivalı keçirilir. Yulinlilər ilin ən uzun gününü qeyd etmək üçün it əti yedikləri bu festival Çinin özündə də çoxlu müzakirələrə səbəb olub.

Festival, son illərdə heyvan haqları müdafiəçilərinin sosial mediada etdikləri paylaşımlar və online imzatoplama kampaniyalarında tənqid edilir. Yerli aktivistlər itlərin satıldığı mağazalarda və heyvanların kəsim məntəqələri qarşısında etiraz aksiyaları keçirirlər. Etirazlara baxmayaraq yulinlilər öz festivallarını keçirirlər.


Müəllif:

Oxşar xəbərlər