27 İyun 2015 09:40
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan paytaxtında elektrik enerji tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbi ilə cümə günü axşamı başlanan növbəti mitinq iştirakçılarının sayı son günlər ərzində rekord həddə çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən gücləndirilmiş polis qüvvələrinin sayı da artırılıb.

Ermənistan Milli Məclisinin qeyri-iqtidar üzvləri, tanınmış mədəniyyət xadimləri və şou biznes nümayəndələri polis qüvvələri ilə nümayişçilər arasında “canlı hasar” yaradıb. Etiraz gecə boyu davam edib.

Qeyd edək ki, Ermənistanın bir sıra şəhər və rayonlarında da elektrik enerjinin bahlaşması qərarının ləğv edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir.

Samir


Müəllif: