8 İyul 2015 23:35
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin zirvə marafonu iyulun 8-də Ufa şəhərində başlayır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) zirvə görüşlərində iştirak edəcək Putin 11 ikitərəfli, Çin və Monqolustan liderlərinin iştirakı ilə bir üçtərəfli görüş keçirəcək.

BRİCS ölkələri və ŞƏT sammitlərinin sonunda Ufa Bəyannaməsinin və Hərəkət (Aksion) planının qəbul edilməsi gözlənilir.

Samir


Müəllif: