10 İyul 2015 14:55
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Ermənistan, Belarus, Türkiyə və İran Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq etmək istədiyini bildirib, ölkələrin müraciətinə baxılacaq.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

N.Nazarbayev bildirib ki, ŞƏT açıqlıq prinsipinə riayət etməli və cəlbediciliyini qoruyub saxlamalıdır: “Azərbaycan, Ermənistan, Belarus, İran və Türkiyə təşkilatda fəaliyyət göstərmək istədiyini bildirib. Bu ölkələrin dəstəyə layiq olduğunu düşünürəm. ŞƏT konsepsiyası çərçivəsində onların bu istəyini diqqətlə və mərhələli şəkildə nəzərdən keçirməliyik ki, bu təşkilatın zəifləməsinə deyil, güclənməsinə xidmət etsin”.


Müəllif:

Oxşar xəbərlər