10 İyul 2015 19:43
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türk axını” qaz boru kəməri layihəsi çərçivəsində İtaliyanın "Saipem" şirkəti ilə bağlanan və boru kəmərinin ilk xəttinin inşasını nəzərdə tutan müqavilə ləğv edilib.

Məsələyə münasibət bildirən Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını" qaz boru kəməri layihəsi ilə bağlı hökumətlərarası sazişin təmin olunması üçün Türkiyə tərəfi ilə danışıqların davam etdiyini deyib.

O, "Gazprom"un "Türk axını" boru kəmərinin ilk xəttinin inşası üçün "Saipem" ilə bağlanan 2,2 milyard dollarlıq müqavilənin ləğv edilməsinin "Gazprom" ilə ortaqları arasındakı texniki səbəbdən olduğunu bildirib. Nazir, "Türk axını" layihəsi üzərində işlərin "Saipem"lə müqavilənin ləğv olunmasına baxmayaraq davam etdirildiyinin vurğulayıb.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq. Layihə üzrə ilk qaz nəqlinin 2016-ci ilin dekabrında həyata keçirilməsi planlaşdırılır.


Müəllif: