Dünya Bankı nəzarət altındakı bölgələrin inkişafı üçün İraqa 350 milyon dollar məbləğində maliyyə yardımı ayırmaq qərarına qəlib.
Teleqraf.com xəbər verir ki, bank döyüş zamanı ölkənin sıradan çıxan infrastrukturunu yenidən bərpa etməsinə və gücləndirməsinə dəstəyini açıqlayıb. Dünya Bankının verəcəyi maliyyə yardımı xəstəxana, su şəbəkəsi və yolların yenilənməsində istifadə ediləcək. Bu yardımla 5 il ərzində Səlahəddin və Diyalə şəhərlərində bərpa işlərinin aparılması nəzərdə tutulub.