13 İyul 2015 20:26
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi paytaxt Parisin şimal kənarında yerləşən Primark ticarət şirkətinin mağazasına hücum etmiş 3 silahlı basqınçını axtarır. Silahlı şəxslərin ticarət mərkəzinə qarətçilik məqsədilə hücum etdikləri güman olunur.

Basqın zamanı Primark mağasının yerləşdiyi Qwartz ticarət mərkəzində olan 18 adam xüsusi təyinatlılar tərəfindən evakuasiya edildikdən sonra basqınçılar ticarət mərkəzindən qaçıb. Evakuasiya olunmuş 18 nəfərdən heç kimin yaralanmadığı, ticarət mərkəzi ətrafının polis kordonları ilə əhatələndiyi bildirilir.

İnsident bazar ertəsi günü səhər tezdən baş verib və bir neçə saat ərzində davam edib. "Yerli vaxtla 06:30 radələrində üç cinayətkar silahlı ilkin ehtimala görə silahlı qarət məqsədilə Primarka basqın edib", polis mənbəyi AFP agentliyinə bildirib.

Bəzi xəbərlərə görə, basqınçılardan biri Primarkın əməkdaşı kimi tanınıb, lakin polisdən bu məlumatın təsdiqi olmayıb.


Müəllif:

Oxşar xəbərlər