ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, liderlər bir çox məsələləri müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
İlk olaraq İranla nüvə danışıqlarında əldə edilən razılığa toxunan Obama bunu müsbət hal kimi qiymətləndirib. ABŞ lideri Rusiyanın danışıqlardakı roluna görə Putinə təşəkkür edib. Öz növbəsində Putin Obamanı İranın nüvə proqramının izlənməsində əməkdaşlığa dəvət edib.
Liderlər Yaxın Şərqdəki məsələlərə də toxunublar. Onlar bu problemlərin dünyanın təhlükəsizliyi məsələsinə ciddi maneə törətdiyini bildiriblər. Putin və Obama İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Yaxın Şərq, xüsusilə Suriya probleminin həllində əməkdaşlığa razılaşıblar.
Samir