30 İyul 2015 14:23
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə PKK və İŞİD hədəflərini hava hücumları ilə bombardman edir. İyunun 20-də Suruçda törədilən terror aktından sonra start verilən əməliyyatlar nəticəsində terror qruplaşmalarının hədəfləri darmadağın edilib. Qərb mediası isə Türkiyə hökumətini sərt şəkildə tənqid edir, dolayısı ilə terrorçuları dəstəkləyir.

Publika.az Qərb mediasında Türkiyəyə qarşı sərgilənən məqalələrin xülasəsini təqdim edir.

Böyük Britaniyanın “The İndipendent” nəşri yazır: “Ərdoğan “parçala və hökmranlıq et” prinsipi ilə hərəkət edir. Türkiyə Suriya münaqişəsi dövründə “İslam dövləti”nə (bütün Qərb mediası İŞİD terror qruplaşmasını israrla “İslam dövləti” kimi təqdim edir - red) qatılan döyüşçülərin tranzit yeri olub. İndi isə bu ölkə “İslam dövlətini” bombalayır. Bu, İŞİD-ə qarşı beynəlxalq mübarizəyə ciddi maneələr törədir. Bu terror qruplaşmasına qarşı PKK və onun Suriyadakı qolu olan PYD səmərəli mübarizə aparır. Amma Türkiyə PKK-nı da bombalayır”.

Nəşr PYD-nin fəaliyyətini Suriya münaqişəsində uğur hekayəsi olaraq təqdim edir.

“Foreign Policy” nəşri iddia edir ki, Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması kürdlərlə tarixi ədavətdən irəli gəlir: “Əsas məqsəd PKK-nı vurmaqdır”. Məqalədə “ABŞ kürdləri satdı” deyə qeyd olunur.

“The New York Times” nəşri iddia edir ki, Türkiyənin PKK-ya hücumu İŞİD-ə qarşı mübarizəyə mane olur.

“Ərdoğanın bu davranışları ABŞ və NATO-nu çıxılmaz vəziyyətə salır. NATO bir qayda olaraq üzvü olan Türkiyəni dəstəkləməyə məcburdur. Digər tərəfdən, İŞİD-ə qarşı mübarizəyə xələl gəlməməsinə çalışmalıdır”, - deyə məqalədə bildirilir.


Müəllif: