31 İyul 2015 10:09
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin bir neçə deputatının toxunulmazlığı ləğv edilə bilər.


Publika.az “Anadolu”ya istinadən xəbər verir ki, hökumət aralarında Xalqların Demokratik Partiyasının (HDP) Şırnakdan olan millət vəkili Faysal Sarıyıldızın da olduğu 9 nəfər barəsində toxunulmazlıq hüququnun ləğvi haqqında qanun layihəsini ölkə parlamentinə təqdim edib. Xalqların Demokratik Partiyasından olan deputat terror təşkilatına silahla təmin etməkdə ittiham edilir. Atrıq qanun layihəsi Türkiyə baş nazirinin müavini Yalçın Akdoğanın imzası ilə TBMM-ə təqdim olunub.

Eyni zamanda CHP-nin İstanbuldan seçilmiş millət vəkili Aykut Erdoğdunun, Ədalət və İnkişaf Partiyasının (AKP) Osmaniyədən seçilmiş millət vəkili Suat Önalın, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun, HDP-nin parlament fraksiyasının sədr müavini Pervin Buldanın, CHP sədrinin müavini Haluk Koçun, CHP-nin baş katibi, İstanbuldan seçilmiş millət vəkili Gürsel Təkinin, haeblə CHP-nin Mərsindən seçilmiş millət vəkili Aytuğ Atıcının da deputat toxunulmazlığı ləğv edilə bilər. Qanun layihəsində həmin millət vəkillərinin toxunulmazlıq hüququnun ləğv edilməsi təklif edilir.


Müəllif:

Oxşar xəbərlər