6 Avqust 2015 00:17
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Konqresi İranın nüvə proqramına dair beynəlxalq razılığı təsdiq etməyə çağıraraq deyib ki, bu, 2002-ci ildə İraqa müdaxilə ilə bağlı qərardan sonra xarici siyasət sahəsində ən mühüm siyasi debatdır.

Cənab Obama Vaşinqtonda Amerika universitetində nitqlə çıxış edir.

ABŞ Konqresinin razılaşmanı nəzərdən keçirmək üçün 60 gün vaxtı var. Razılığın təsdiq və ya da rədd edilməsinə dair səsvermə sentyabr ayında keçirilməlidir.

Cənab Obama Konqres razılaşmanı rədd etdiyi halda veto qoyacağına söz verib. Bunun nəticəsində isə həm Senat, həm də Nümayəndələr Palatası vetonu üstələmək üçün səslərin üçdə birinin almaq məcburiyyəti qarşısında qalacaq.

Cənab Obamanın çıxışı yeni rəy sorğularının amerikalılar arasında razılaşmaya dəstəyin böyük olmadığını və İranın razılığın şərtlərinə əməl etmək istəyinə skeptik yanaşdıqlarını göstərdiyi vaxta təsadüf edir.


Müəllif:

Oxşar xəbərlər