6 Avqust 2015 23:41
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 5-də Almaniyada kimyəvi fabrikdə baş verən partlayış nəticəsində 20 nəfər yaralanıb. Bu barədə yanğınsöndürən briqada rəsmi məlumat verib.

“Binada dağıntılar var. İnsanlar toz içində qalıblar, vəziyyət yoxlanmalıdır, dağılmış ərazidə insanların qeydinə qalmaq çətindir”

Məlumatda deyilir ki, bir neçə insan xəstəxanadadır və onların orada nə qədər qalmalı olduqları məlum deyil.

Şirkətin web - saytında yazılan məlumata əsasən, partlayış titan dioksid və azotun sızması nəticəsində olub. Şirkət deyir ki, məlumatına görə titan dioksid ağ rəng pigmenti üçündür və o diş məcunu kimi məhsulların hazırlanmasında istifadə olunur.


Müəllif:

Oxşar xəbərlər