İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Suriyanın Palmira şəhərinin memarını edam ediblər.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, 82 yaşlı alim Xalid Asad bu ilin əvvəlində girov götürülüb. Şəhərin tarixinin araşdırılmasında və qədim abidələrin bərpasında Asadın böyük rolu olub.
Yayılan məlumatlara görə, onun cəsədi Palmiranın mərkəzi meydanındakı sütundan asılıb.
Samir