PKK-ya qarşı əməliyyatlarını davam etdirən Türkiyə təhlükəsizlik gücləri son bir gündə terror təşkilatına ağır zərbə vurub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hakkarinin Şəmdinli mahalında keçirilən əməliyyatlarda 8 terrorçu öldürülüb.
Ölü olaraq ələ keçirilən terrorçulardan birinin iyulun 28-də mahal mərkəzində çavuş Ziya Sarpkayanı şəhid edən “Baz” kod adlı Azad Ciftçi olduğu müəyyənləşdirilib. Məlumata görə, mahalın girişindəki Altınsu kəndi ərasisində 6 gün əvvəl yolu bağlayaraq xəndəklər qazan terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat davam edir.
Terror təşkilatına digər ağır zərbə Diyarbəkr vilayətində vurulub. Vilayətin Lice və Silvan mahallarında keçirilən əməliyyatlarda 18 terrorçu öldürülüb.