24 Avqust 2015 00:53
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul, Samsun, Kırıkkale, Bursa və Mersin də daxil olmaqla Türkiyənin bir sıra böyük şəhərlərində Kürd Fəhlə Partiyasının (PKK) terrorçu fəaliyyətinə qarşı etiraz mitinqləri keçirilib.

Anadolu Agentliyinin məlumatına görə, dinc şəkildə keçirilmiş mitinqlərdə PKK-dan qanlı terrorlara son qoymaq tələb olunub. Nümayişlərdə “Vətənə sevgi”, “Şəhidlərə ehtiram” şüarları səsləndirilib, Türkiyənin İstiqlal marşı oxunub.

Rəsmi məlumatlara görə, son 48 gün ərzində PKK tərəfindən 57 nəfər hərbçi, 15 mülki şəxs qətlə yetirilib, 204 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər