Ermənistanda son illərdə məktəblərin sayı azalıb.
APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Sosial və Mühafizə Statistikası üzrə Milli Dövlət Xidmətinin rəhbəri Nelli Baqdasaryan deyib.
Onun sözlərinə görə, son 2 ildə respublikada dövlət məktəblərinin sayı 1404-dən 1391-ə düşüb. Şəhərlərdə məktəblərin sayı 533-dən 528-ə, kənd yerlərində isə 871-dən 863-ə qədər enib. İrəvanda rəqəm dəyişməyib – 220 məktəb.