Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ABŞ-a ilk rəsmi səfərini həyata keçirəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Kral sentyabrın 4-də ABŞ prezidenti Barak Obama ilə görüşəcək.
Ağ Ev sözçüsü Coş Ernest kralın ABŞ səfərinin strateji tərəfdaşlıq üçün əhəmiyyətli olduğunu deyib: "Görüşdə Yaxın Şərqdə, eləcə də Suriyada baş verənlər, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Samir