30 Avqust 2015 16:25
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa bir sıra Şərqi Avropa ölkələrinin miqrantları öz ərazilərinə burxmamasını nalayiq hərəkət kimi qiymətləndirir.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu bəyanatla Fransa xarici işlər naziri Loran Fabius çıxış edib.

"Mən görəndə ki, bəzi Avropa ölkələri, xüsusilə Şərqi Avropa ölkələri miqrantları qəbul etməkdən imtina edir, onda bunu nalayiq hərəkət kimi qiymətləndirirəm", - Fabius "Europa-1"in efirində bildirib.

Fransa XİN başçısı əmindir ki, Macarıstan Serbiya ilə sərhəddə tikanlı məftillərlə bərkidilmiş hasarı uçuracaq və qaçqınların Avropa Birliyi məkanına daxil olmasına imkan verəcək.

Rəsmi məlumatlara görə, bu ilin yanvarından iyuluna qədər Avropaya 340 min miqrant axın edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 175 % çoxdur.

Nihad


Müəllif:

Oxşar xəbərlər