6 Sentyabr 2015 19:26
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmcinslilərin nikah işlərini reallaşdırmaqdan imtina edən qadın məmur Kim Davis həbs edilib.

Musavat.com xəbər verir ki, evliliyin qadın və kişi arasında olmasını müdafiə edən və öz inancının həmcinslilərin evliliyinə icazə vermədiyini bildirən K.Davisin nə qədər həbsdə qalacağı bilinmir.

Məhkəməyə itaətsizliyinə görə hökm oxunan Kim Davisə dəstək üçün məhkəmə salonun qarşısında etiraz aksiyaları təşkil olunub.

ABŞ məhkəməsi aprel ayında həmcinslilərin evliliklərini qanuni hesab etmişdi.

Sentyabrın 3-də keçirilən məhkəmədə K.Davisin yanında işləyən digər məmurlara həmcinslilərin nikahı üçün sənədlərin hazırlanmasından imtina edəcəkləri təqdirdə, pul və ya həbs cəzası alacaqları barədə xəbərdarlıq edilmişdi.

Məmurların beşinin sənədləri hazırlayacağı, lakin K.Davisin oğlu olan başqa bir məmur Nathan Davisin isə hakimin qərarına qarşı çıxdığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər