10 Sentyabr 2015 09:43
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri girov saxladığı iki şəxsi satışa çıxarıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, onlar 48 yaşlı Norveç vətəndaşı Yohan Ole Qrimsqaard-Ofstad və 50 yaşlı çinli Fan Tszinxueydir.

Terrorçular pul müqabilində onların azad olunacağını bildirib. Bunun üçün hər iki girovun şəkillərinin üzərinə "satılır" sözü yazılıb.

Norveç baş naziri Erni Solberqin sözlərinə görə, norveçli Suriyada əsir götürülüb və onun sağ-salamat qaytarılması üçün lazımi bütün addımlar atılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər