11 Sentyabr 2015 13:42
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Rusiya arasında razılaşdırılması gözlənilən "Türk Axını" layihəsinin müzakirələri gözlənilmədən dondurulub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Sefa Sadık Aytəkin açıqlayıb.

Onun sözlərinə görə, müzakirələrdə irəliləyiş təmin edilmədiyinə görə, belə bir addım atılıb: "Rusiya ilə danışıqlar mümkün olmadı. Moskva ilə Ankara arasında qazın qiymətinin endirilməsi ilə bağlı razılaşma əldə edilmədi. Layihə ləğv edilməyib, sadəcə, qeyri-müəyyən vaxta kimi dondurulub".

Samir


Müəllif:

Oxşar xəbərlər