13 Sentyabr 2015 00:17
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəvvarların üzərinə aşan qaldırıcı kran Üsamə ben Ladenin ailəsinə məxsus olub

Məkkənin “Əl Haram” məscidində zəvvarların üzərinə aşan qaldırıcı kran ben Laden ailəsinin “Saudi BinLaden Group” tikinti holdinqi tərəfindən idarə olunan alman şirkətinə məxsus olub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Mail” nəşri yazır.


“Saudi BinLaden Group” tikinti konserni hazırda məscidin ətrafındakı meydanın genişləndirilməsini nəzərdə tutan 14 mlrd dollar dəyərində layihəni həyata keçirir. Layihəyə əsasən, təmir işlərindən sonra məscid eyni vaxtda 2,2 mln-dək zəvvar qəbul edə biləcək.


“Saudi BinLaden Group” şirkəti 1931-ci ildə Üsamə ben Ladenin atası Məhəmməd ben Laden tərəfindən təsis edilib. Şirkət Səudiyyə Ərəbistanında bir çox layihələr reallaşdırıb.

Qeyd edək ki, ötən gün qaldırıcı kranın zəvvarların üzərinə aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb. Kranın aşmasına səbəb güclü külək olub.


Müəllif: