14 Sentyabr 2015 17:43
4 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya polisi kriminal aləmində Maxo ləqəbi ilə tanınan və rus mafia başçısı Yaponçik (Vyaçeslav İvankov) tərəfindən təhqir edilən İlya Simoniyanı Krımda həbs edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, axtarış zamanı onun üzərindən odlu silah aşkar edilib. Yayılan məlumatlara görə, Maxo uzun illər beynəlxalq axtarışda olub.

Ancaq onun hansı səbəbdən tutulması açıqlanmır.

Rusiyanın "Vorotkrıma" informasiya agentliyi isə Makonun bu günədək hansı cinayətlərdə əli olduğunu aydınlaşdırıb. Həmin yazını təqdim edirik:

Əslən Gürcüstanın Tsxakaysk rayonundan olan İlya oğru aləmində rus mafiyasının atası Yaponçiklə münaqişədən sonra tanınıb.

Düşmənçilik İrkustda, 1990-cı illərin əvvəllərindən şiddətlənib. 1988-ci ildə Tulunada həbsxanadan azad olunduqdan sonra Simoniya Paat Tvalçrelidze tərəfindən "tac" ilə mükafatlandırılıb və o, qısa müddətdə vilayətin hüquq müdafiəçilərini və digər avtoritetlərini öz tərəfinə çəkə bilib.

Yaponçiklə Maxo arasında ədavət Tuluna həbsxanasında başlayıb. Bir qrup məhbus Yaponçiki "vor" kimi tanımadıqlarını deyib. Yaponçik isə öz növbəsində Simoniyanın ünvanına nalayiq sözlər işlədib və qafqazlıları "tac"ı pul ilə almaqda ittiham edib, onları "yalançı" adlandırıb. O hesab edirdi ki, Simoniya Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının üzvü olduğu üçün "oğru" ola bilməz.

1990-cı ildə Yaponçik Tuluna həbsxanasında cəza çəkmiş Aleksandr Moiseyevi və Sergey Boytsovu "oğru" elan edib. Bu müddətdə Simoniya və Tvalçrelidze Tiflisdə Moiseyevi tituldan məhrum edərək, ona ölüm hökmü çıxardılar. Masya ləqəbli Moisyev 1991-ci il iyunun 12-də avtomobilində partladılaraq, öldürülüb.

Tezliklə Masyanın ölümündə şübhəli bilinən Maxonun yaxınları saxlanılıb. Vyaçeslav İvankov 1991-ci ilin oktyabrında azad olunmasına az qalmış Maxo üzərində divan quraraq, onu "oğru" titulundan məhrum etməyə çağırıb. Öz növbəsində Maxo Moskva avtoritetlərinin dəstəyini qazanmağa nail olub. Onlar Yaponçikdən Maxoya qarşı hücumlara son qoymağı xahiş edib.

1993-cü ilin sonunda Simoniyanın İrkustkdakı tərəfdarları onu Sankt-Peterburqa getməyə və hər şeyə aydınlıq gətirməyə çağırıb. 1993-cü ilin dekabrda Moskvada "Mzuri" restoranında "sxodka" təşkil edilib. Yığıncaqda Ded Xasan ləqəbli Aslan Usoyan Maxonu "oğru"luqdan kənar hərəkətdə ittiham edib və onun titulunu ləğv edib. Bundan sonra Maxo Usoyanı yumruqla hədələyərək, onunla hesablaşacağını bildirib. Səsvermə zamanı yalnız Ded Xasanla şəxsi ədavəti olan Vaxtanq Exbaya Simoniyanın xeyrinə səs verib.

1994-cü ilin iyununda İrkustkda Moiseyevin ölümünün 4-cü ildönümündə Maxonun yaxın tərəfdaşlarından olan Skot Tbilisiki ləqəbli Paat Qudaşauri güllələnib. Onun ölümü ilə gürcü oğru qruplaşması öz təsirini praktiki olaraq itirib.

1994-cü ilin avqustun 28-də Soçidə "Vaz-2109” markalı avtomobilə atəş açılıb. Hadisə zamanı maşının sürücüsü ölüb, avtomobildə olan "oğru"lar - Simoniya və Exvaya yüngül xəsarət alıb. Sui-qəsddən sonra Maxo Sankt-Peterburqda gizlənib və gürcü "oğru klanı"nı oradan idarə edib. 1996-cı ilin martında Maxonun elçiləri kimi tanınan David Xmiadaşvili və Bakuri Kalandadze öz evlərində ölü tapılıb.

1997-ci ilin aprelində Simoniya çətinliklə olsa da, İrkutska qayıdaraq, dəstəsini yaradıb. 1997-ci ilin avqustun 8-də Şelexovo şəhərinin yaxınlığında dəstənin bütün üzvləri saxlanılıb.

Növbəti ilin yazında Maxo "oğru" statusunu geri qaytarmaq üçün Moskvada "Dəyirman " restoranında keçirilən "sxodka"da iştirak edib. Simoniya burada polis tərəfindən saxlanılıb. Üzərinə baxış zamanı onun cibindən 1,23 qram tiryək aşkar edilib. Buna baxmayaraq, Simoniya həmin ilin may ayında məhkəmə zalından azadlığa buraxılıb. Bir neçə il Maxonun adı cinayətkar dəstənin tərkibdə hallanıb. O, dəstə ilə birlikdə yerli sakinləri soyub-talamaqla məşğul olub.

Qeyd edək ki, Maxonun düşməni Yaponçik 2009-cu ildə Moskvadakı restoranlardan birindən çıxdığı zaman snayperdən açılan atəş nəticəsində ölümcül yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Samir


Müəllif:

Oxşar xəbərlər