20 Sentyabr 2015 00:39
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Vaşinqton Ukrayna KİV-lərinin guya korrupsiyaya görə Amerikanın Kiyevə yardımı kəsəcəyi barədə xəbərlərini təkzib edib.

“ABŞ vitse-prezidentinin müşavirinin adına cıxılan “sarı vərəqə” haqda sözlər açıq-aşkar yalanadır. Bununla bağlı hər hansı konkret şəxsə qarşı bəyanat verilməyib”. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə vitse-prezident Co Baydenin nümayəndəsi Stiven Spektor bildirib.

Onun sözlərinə görə, “Bayden Ukraynada siyasi-iqtisadi islahatlar çərçivəsində korrupsiya ilə mübarizənin vacibliyi barədə dəfələrlə bildirib”.

Xatırladaq ki, bu gün belə bir məlumat yayılmışdı ki, guya Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenkodan və baş nazir Arseniy Yasenyukdan təcili şəkildə korrupsiyanı ləğv etməyi tələb edib və guya korrupsiyanın yüksək səviyyəsi qalarsa, o zaman Vaşinqtonun Kiyevə dəstəyi təhlükə altına düşə bilər.


Müəllif:

Oxşar xəbərlər