20 Sentyabr 2015 23:55
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü səhər saatlarında Parijdə Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, buna səbəb qeyri-qanuni keçidə cəhd göstərilməsi olub. Qüllənin nə vaxt ziyarət açılacağı barədə məlumat verilmir.

Eyfel qülləsi - Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.


Müəllif:

Oxşar xəbərlər