Türkiyədə Aksaray şəhərində qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün 21.30 radələrində baş verib.
Balıkesirdə hərbi xidmətdə olan 25 yaşlı Osman Çelikar toyunda iştirak etmək üçün evinə qayıdıb. Çelikar toya gələn zabit dostlarını qarşılamaq üçün qohumları Mustafa Tüzün ilə Mustafa Dağdələni şəhərə göndərib. Onlar leytenant Uğur Akdağlı, Əhməd Dinç Akdağlı və Rəcəb Dəmirsoyu qarşıladıqdan sonra toy olan evə yola düşüblər.
Mustafa Tüzünün idarəetməni itirdiyi maşın qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər ağır xəsartə alıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları gəlib. Xəstəxanaya çatdırılan yaralılardan Rufiyə İlik, Mustafa Tüzün və Mustafa Dağdələnin həyatnını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicəsi davam etdirilir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Rüstəm