1 Oktyabr 2015 16:58
2 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada rusiyalı biznesmen restoranda yaranan dava zamanı öldürülüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı Vadim İvanenko dostları ilə Antalyada "Lara" adlı restorana gedib. O, restoranda düşən dava zamanı öldürülüb.

Hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Onlardan qazaxıstanlı 26 yaşlı Almas Konsbayev qəsdən adam öldürməkdə, rusiyalı 38 yaşlı Oleq Piroqov isə cinayətdə iştirak etməkdə ittiham olunub.

Məhkəmədə ifadə verən Almas Konsbayev cinayəti özünün törətdiyni etiraf edib. O, Oleq Piroqovun hadisə ilə əlaqəsinin olmadığını deyib:

"Vadim İvanenkonu 3 ildir ki, tanıyıram. Bir il əvvəl Rusiyada nişanlım Oksana məni tərk etdi. Bunun səbəbini araşdırmağa başladım. Öyrəndim ki, Vadim nişanlım Oksanaya təcavüz edib. Oksananın isə məni buna görə tərk etdiyini biləndə əsəbləşdim. Hadisə günü Vadim stola oturanda tapanaçasını çıxarmışdı. Mən də baxmaq üçün istədim. Sonra "səndə qalsın, sonra götürərəm" dedi. Tapançanı götürdükdən sonra onu öldürməyə qərar verdim. Vadimin yanına gedib əvvəl qarnına, sonra isə başına güllə vurdum. Tapançanın içindəki bütün güllələri boşaltdım. Oleq isə məndən silahı almağa çalışdı. Oleqin silahı götürüb atəş açdığı iddiaları yalandır".

Məhkəmədə Vadim İvanenkonun təcavüzünə məruz qaldığı deyilən 22 yaşlı Oksana da ifadə verib. O, "Vadim imkanlı iş adamı idı. Nişanlım Almas Rusiyada Vadimlə birlikdə işləyirdi. Məni Vadimlə sevgilim tanış etmişdi. Vadim Almasın sevgilisi olduğumu bilirdi" deyib.

Vadimin ona təcavüz etdiyini vurğulayan Oksana Vivçar bunları deyib:

"Rəfiqəmlə Moskvadakı restoranlardan birinə getmişdim. Vadim mühafizəçiləri ilə restorana gəlib "Səni Almasın yanına aparacayıq" dedi. İçkiliydi. Razı olmadım, amma məni zorla Vadimin maşınına mindirdilər. Meşəliyə apardılar. Orda mənə təcavüz etdi. Mühafizəçiləri isə təcavüzü videoya çəkdi. Sonra polisə gedib şikayət etdim. Ancaq Vadim Moskvadakı əlaqələrindən istifadə edərək istintaqın dayandırılmasına nail oldu. Təcavüzü Almasa danışmadım. Ancaq restorana birlikdə getdiyim rəfiqəm hər şeyi Almasa danışıb. Təcavüz videolarını yayıb-yaymadığını bilmirəm."

Hadisə ilə bağlı istintaq davam edir. Türkiyə mətbuatında yayılan xəbərlərdə Vadim İvanenkonun Moskvada meyvə-tərəvəz ticarətinə nəzarət etdiyi bildirilir.

Rusiya mətbuatı isə olayla bağlı fərqli məlumat yayıb. Kriminal aləmə yaxın “Praym Kraym” saytının xəbərinə görə, Vadim İvanenko qanuni oğrudur. O, kriminal aləmdə "Vadik Krasnodarski" kimi tanınır: “Vadim Antalyada restoranda vermiş mübahisə zamanı ölümcül yara alıb və yerindəcə keçinib. Hadisə yerində qaçmağa çalışan qanuni oğrulardan “Çirkaç” ləqəbli Oleq Piroqov, "Jora Taşkentski" ləqəbli Qeorqiy Sorokin və ilkin məlumata görə atəş açan "Monqol" ləqəbli kriminal avtoritet saxlanılıb.

Onlar arasında 2014-cü ilin dekabrında polisin Vadimi həbs edən zaman ələ keçirdiyi 1,5-6 milyon dollarlıq “obşak”a görə mübahisə olub. Vadim həmin məbləğın yarısını dərhal verməyə, ikinci yarısını isə “sxodka”dan sonra ödəyəcəyini deyib. Bundan sonra onu ümumi məsələlərdən, o cümlədən düşərgədən uzaqlaşdırıblar. Daha sonar tərəflər arasında mübahisə yaranıb və onu elə oradaca güllələyiblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər