4 Oktyabr 2015 20:39
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu partiyasının bəyannaməsini açıqlayıb.

Musavat.com-un məlumatına görə, minimum əmək haqqının 1300 türk lirəsi olacağı vədi diqqətdən yayınmayıb.

Davudoğlu deyib: “7 iyun seçkilərinin nəticələri hər partiyaya dərs oldu. Yeni dərslər Türkiyə siyasətinə yeni nəfəslər gətirəcək. Həmin tarixdə lazımi dərsimizi aldığımı söyləmişdim. Buna görə 3 ay çalışdıq. Xalq 13 illik təcrübədən bilir ki, bizim sözümüz-sözdür. Bizim üçün əsas olan millətdir”.

Davudoğlu AKP-nin vədləri də açıqlayıb:

"HSYK (Hakimlər Prokurorlar Ali Birliyi) yenidən qurulacaq və hakimlər, prokurorlar olmaq üzrə ikiyə bölünəcək.

Təhsili gücləndiriləcək, müəllim ixtisasına daha çox diqqət ayrılacaq.

Yeni nəqliyyat vasitəsi qanunu, yeni gəlir vergisi qanunu, yüksək texnologiyalarla əsaslanan iqtisadi transformasiya, iş yeri açmaq və əmək qanunlarında sadələşdirmə dövrünə keçiləcək.
Ailələr və uşaqlar üçün sosial yardım və sosial xidmət, ilkin ödənişlə ev almaq istəyənlərə 15 faiz güzəşt olunacaq.

Dünyaya uşaq gətirən analara pul mükafatı veriləcək".

Seçki yaşını 18 etmək, sərhədsiz internet, iş qurmaq istəyənlərə qarşılıqsız 50 min lirə, 1300 manat minimum əmək haqqı da AKP-nin seçki vədidir.


Müəllif: