ABŞ İranın Türkiyə ərazisindəki fəaliyyətini diqqətlə izləyir.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib.
“İran qüvvələrinin Suriyada fəallaşması barədə məlumatlar daxil olmaqda davam edir. Biz, şübhəsiz ki, orada baş verənləri diqqətlə izləyirik”, deyə C.Ernest bildirib.
Bundan əvvəl İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Əlauddin Brucerdi bəyan edib ki, Rusiya, Suriya, İraq və İranın terrorçuluğa qarşı apardıqları mübarizə ABŞ-ın başçılıq etdiyi koalisiyadan fərqli olaraq uğurludur. Suriyanın informasiya naziri Omran əl-Zoubi isə Suriya ərazisində İranın quru qüvvələrinin olduğu barədə məlumatları təkzib edib.