Suriya ordusu 30 yaşayış məntəqəsini İŞİD terror təşkilatından azad edə bilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlara Rusiya ordusu havadan dəstək verib.
Məlumatlara görə, hücumlar zamanı terrorçuların 72 sığınacağı və bir neçə hərbi bazası məhv edilib. Hazırda Hələbin şimal-qərbində gərgin döyüşlərin getdiyi bildirilib.
Həmçinin qeyd edilib ki, son sutka ərzində döyüşlər zamanı 300 terrorçu öldürülüb.
Samir