Türkiyədə təzə gəlinin ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, məhkəmə 23 günün gəlini olan 25 yaşlı Serpil Gürenin ölümündə şübhəli bilinən həyat yoldaşı Yunus Güre, anası Hatice və atası Halil Güreni təqsirsiz bilib.
Hadisə 2013-cü il iyunun 19-da baş verib. 29 yaşlı Yunusla ailə quran Serpil toydan 23 gün sonra qaldığı binanın 4-cü mərtəbəsindən düşüb. Xətəxanaya çatdırılıan qızı xilas etmək olmayıb. Hadisədən sonra Yunus ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. O, hadisə zamanı vanna otağında olduğunu bildirib. Aşağı mərtəbədə qalan anasının yuxarı çıxaraq xəbər verməsiylə hadisəni öyrəndiyini deyib.
Qızın atası 57 yaşlı Ednan isə "Ölümünün səbəbi müəyyənləşsin. Yıxılmasından 10 dəqiqə əvvəl telefonla danışmışam. Səsi çox sakit idi. 10 dəqiqə sonra məhəllərlərinə gələndə təcili tibbi yardım maşınlarını gördüm. Ərindən, Halil və Haticedən şikayətciyəm" deyib.
Ağır Cəza Məhkəməsində aparılan istintaqın nəticəsinə əsasən şübhəlilərin günahsız olduqları bildirilib.
Gənc qızın ailəsi isə qərardan şikayət edəcəklərini deyiblər.
Rüstəm