Rusiyanın Aya kosmonavt göndərməsi 2029-cu ildə reallaşa bilər. Musavat.com-un məlumatına görə, bu barədə “Enerqiya” RKK-nın rəhbəri Vladimir Solntsev kosmik texnologiyalara həsr olunmuş konfransda bildirib.
“Hazırda yeni nəsil uçuş aparatları üzərində işlər davam etdirilir. “Soyuz” tipli gəmiləri əvəzləyəcək bu aparatlar 4-6 nəfəri Aya orbitinə çatdıra biləcək”, - deyə o qeyd edib.
Daha öncə Rusiyanın Ayla bağlı birgə proqram hazırlamaq üçün Avropa Birliyi ilə anlaşma əldə eləməsi haqda xəbər verilmişdi.
Rusiyanın Marsa meymun göndərmək istəməsi haqda da xəbər verilib.