ABŞ prezidenti Barak Obamaya Kaliforniyadakı hadisə barədə məlumat verilib. Son məlumata görə, atışma nəticəsində 12-20 nəfər ölüb.
Ərazi mühasirəyə alınıb. Atış açan 3 nəfərin tutulması üçün əməliyyat keçirilir. Onların adamları girov götürmüş ola bilməsi ehtimal edilir.
Hadisə ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) məhdud fiziki imkanlı insanlar üçün müəssisədə baş verib.
***
ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə San-Bernardino şəhərində qeydə alınıb.
İlkin məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində 20 nəfər yaralanıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.