Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin 43 yaşlı köməkçisi Ayşegül Abık Türkiyədə öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Misirdəki hadisələrdən sonra Türkiyəyə gələn və Bursa şəhərində məskunlaşan Abıkın kim və ya kimlər tərəfindən öldürülməsi məlum deyil.
Qadının cəsədi yaşadığı evdə bacısı tərəfindən aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb.
Samir