AŞPA-nın Azərbaycan üzrə monitorinq komitəsinin yeni həmməruzəçisi təyin olunub.
AŞPA-nın mətbuat xidmətindən "Report"a bildiriblər ki, bu vəzifəyə avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) seçilib.
Bu vəzifədə o, Polşa parlamentinə yenidən seçilə bilməyən və bununla da AŞPA-dakı vəzifəsindən məhrum olunan Tadeuş İvinskini əvəz edəcək.
Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə monitorinq komitəsinin digər həmməruzəçisi Aqustin Kondedir (İspaniya).