Tanzaniyanın paytaxtı Darüssalamda yaşayan Abdallah Nyanqalio, dünyanın ən qəribə karyerası olan dərzilərindəndir. Görmə qabiliyyətindən məhrum olsa da, patlarları dəqiqliklə tikən, onları səliqəylə ütüləyən afrikalı peşəkarlığı ilə dünyaya səs salıb.
56 yaşlı Abdallah gəncikən gözləri yavaş-yavaş zəifləyib. Rus həkim ona paltar tikməyin sirrini öyrədib. Abdallah gənc yaşlarından köhnə tikiş maşını, kömür ütüsü ilə dərzilik edir. Nə tikdiyini və kimə tikdiyini görmədən...
Abdallah bir müddət əvvələdək sabiq prezident Cakaya Kikvete və ölkənin birinci xanımı üçün də gözləri görmədən paltar tikirmiş.
8 övlad atası olan fiziki qüsurlu dərzi taleyindən heç də şikayətci deyil.