"Türkiyə Baş naziri Əhməd Davudoğlunun Rusiyanın Suriyada etnik təmizləmə aparması ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaq və əsassızdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu fikirlərin səslənməsi birinci dəfə deyil: "Biz son həftələr bu kimi fikirləri bir neçə dəfə eşitmişik. Bu səviyyəsiz bəyənatları özlərinə saxlasınlar".
Samir