14 Dekabr 2015 01:17
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflis zooparkında yanğın baş verib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Fövqəladə Hallar Xidmətindən bildirilib ki, zooparkın heyvanlar üçün saxlanılan ot tayalarına od düşüb və 80 kvadratmetr ərazi yanıb.


Yanğının nədən baş verdiyi hələlik məlum deyil. Hadisə yerində 7 yanğınsöndürən maşın işləyib. Nəticədə yanğın tezliklə söndürülüb və heç kim xəsarət almayıb.


Tiflis zooparkının direktoru Zurab Qurielidze jurnalistlərə açıqlamasında yanğının səbəblərini müəyyən etmək üçün ekspertlərin işlədiyini bildirib.


Xatırladaq ki, bu il iyunun 14-də gecə saatlarında güclü leysan yağışlar, dolu və güclü küləyin əsməsi nəticəsində Tiflis zooparkının ərazisi tamamilə məhv edilib. Yağan güclü leysan yağışlar, sel suları yaşayış evlərinin birinci mərtəbəsinə dolub, yollar, infrastruktur obyektləri və avtomobillər sel suları altında qalıb, zooparkdakı yırtıcı heyvanlar şəhərin küçələrinə qaçıb, nəticədə vəhşi heyvanların yarıdan çoxu güllələnib, bir çoxu tutularaq zooparka qaytarılıb. Bu ilin sentyabr ayının ortalarında zoopark yenidən fəaliyyətə başlayıb.


Müəllif: